“Araz-Naxçıvan”ın Məşqçilər Heyəti Müəyyənləşdi » DaylyAz
Idman Xəbərləri 206

“Araz-Naxçıvan”ın məşqçilər heyəti müəyyənləşdi

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonun köməkçiləri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı çalışdırıcının fikizi hazırlıq üzrə köməkçisi Rikkardo De Vivo olacaq. UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu Tbilisi “Dinamo”su olub. İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Episkopi” (Yunanıstan) və s. klublarında da işləyib. Digər köməkçilər Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.

Mənbə: https://qafqazinfo.az/news/detail/araz-naxcivanin-mesqciler-heyeti-mueyyenlesdi-494333

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button