Idman Xəbərləri 206
“Sabah” Umaralı Raxmonaliyevi birdəfəlik transfer etmişdir

“Sabah” “Rubin”dən icarəyə götürdüyü Özbəkistan futbolçusu Umaralı Raxmonaliyevin birdəfəlik transferini rəsmiləşdirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Umaralı ilə yeni 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı futbolçu 2025-ci ilin yanvar ayından “Sabah”ın formasını geyinir. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.
Mənbə: https://qafqazinfo.az/news/detail/sabah-onu-birdefelik-transfer-etdi-494478








