Azər Zahidlə Köməkçisi Haqqında Qərar Verilib » DaylyAz
Şou Biznes Xəbərləri

Azər Zahidlə köməkçisi haqqında qərar verilib

“TikTok”-da yarış təşkil edən Azər Zahid və köməkçisi Rövşən Təhməzov haqqında qərar qəbul edilib.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.

Onlar Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 244-1.2.2-ci (qumar oyunu təşkil etmə), 244-1.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

Sonradan məhkəmənin qərar ilə Azər Zahid ev dustaqlığına buraxılıb. /APA

Mənbə: https://news.milli.az/showbiz/1310064.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button