“Beşiktaş” futbolçusu Qabriel Paulista ilə yollarını ayırıb. “Qafqazinfo” kluba istinadən xəbər verir ki, buna səbəb onun valideynlərinin səhhətinin pisləşməsidir.

Belə ki, braziliyalı futbolçu ölkəsinə qayıtmaq üçün klubun icazəsi ilə Antalya təlim-məşq düşərgəsini tərk edib.

O, klubdan ayrılan zaman göz yaşlarını saxlaya bilməyib. Qeyd edək ki, 35 yaşlı Paulista “Villareal”, “Arsenal”, “Ateltiko Madrid” kimi klublarda çıxış edib. 2024-cü ildən “Beşiktaş”ın formasını geyinirdi.

Mənbə: https://qafqazinfo.az/news/detail/klubdan-aglayaraq-ayrildi-video-494562

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *