CHP Sədrinin Ərdoğanla Bağlı çıxışı Maraqla Qarşılandı » DaylyAz
Politika

CHP sədrinin Ərdoğanla bağlı çıxışı maraqla qarşılandı

Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel Türkiyə Böyük Millət Məclisinin iclasında ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanı müdafiə xarakterli çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, siyasətçinin həmin çıxışı müzakirələrə səbəb olmaqla yanaşı, həm də təqdir olunub.

Belə ki, CHP sədri yunan jurnalistin Türkiyə Prezidenti ilə bağlı sözlərini sərt şəkildə tənqid edib: “Kimsə süni intellektdən istifadə edərək Maduronun və Ərdoğanın şəklini düzəldib yayır və cahil, həddini bilməyən yunan jurnalist deyir ki, Ərdoğanı da belə aparacaqlar (söhbət Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən saxlanılmasından gedir -red.). Orada dayan! Türkiyə Prezidentini qoyaq kənara, əgər kimsə Prezident Sarayının qarşısından vətəndaşlarımızdan birini belə aparmağa cəsarət edirsə, qoy irəli çıxsın. Vəssalam”.

O daha sonra əlavə edib: “Əgər Maduro ölkəsində ədalətli rəqabəti təmin etsəydi və xalqına ədalətli yanaşsaydı, xalq onu dəstəkləyərdi. Maduro nümunəsi hamımıza xatırlatmalıdır ki, mübahisələr, gərginliklər və bir ölkənin daxili cəbhəsini zəiflətməyə yönəlmiş hər şey həmin ölkədəki hər kəs üçün təhlükədir. İndi daxili münaqişələrdən imtina etməyin, qütbləşməyə son qoymağın, sülhü təmin etməyin vaxtıdır”.

Mənbə: https://qafqazinfo.az/news/detail/chp-sedrinin-erdoganla-bagli-cixisi-maraqla-qarsilandi-494577

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button