Ərik Ten Haqa Yeni Iş Yeri Məlum Oldu » DaylyAz
Idman Xəbərləri 206

Ərik ten Haqa yeni iş yeri məlum oldu

Niderlandlı məşqçi Ərik ten Haqa yeni iş yeri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, o “Tvente”nin baş məşqçisi təyin olunub. Bu barədə Niderland təmsilçisinin rəsmi səhifəsi paylaşım edib.

Mütəxəssislə 2028-ci ilin yayınadək müqavilə imzalanıb. O, fəaliyyətinə fevral ayından başlayacaq.

Ten Haq bu vəzifədə Yan Ştrüeri əvəz edəcək. E.Haq həmçinin 1992-1994-cü illərdə “Tvente”nin formasını geyinib.

Qeyd edək ki, Ərik ten Haq bundan öncə “Ayaks” “Mançester Yunayted” və “Bayer” kimi klubları çalışdırıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/erik-ten-haqin-yeni-is-yeri-melum-oldu-494578

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button