Mən Sevərək Evlənməmişəm, Məni ərə Veriblər, 28 Il Ailəli Idim » DaylyAz
Şou Biznes Xəbərləri

Mən sevərək evlənməmişəm, məni ərə veriblər, 28 il ailəli idim

Gövhər Rzayeva Əməkdar artist Gövhər Rzayeva “Rəngarəng” verilişində maraqlı etiraf edib.

Qarmoy ifaçısı bunları deyib: “Sevgi evin girişinə qədərdir. Nə qədər uzaqda olsan, bir o qədər şirin görünür. Mən sevərək evlənməmişəm, məni evdən ərə veriblər. Keçmiş həyat yoldaşım da elə idi. 28 il ailəli olduq. İndi o, rəhmətə gedib. Kişinin bir arvadı olar. İkinci arvadlıq heç nə gətirmir, onun ağlayanı da olmayacaq. Bəzən deyirlər ki, Allah bağışlayandır. Amma hər şeyi də bağışlamır. Kiminsə kürəyindən çıxmayınca, haqqını verməyincə o biri dünyaya aparmır. Kimə əziyyət veribsə, kimi incidibsə, hamısını göstərməlidir. Sonradan yenidən ailə qurmağı düşünmədim. Övladlarım da artıq böyümüşdülər. Keçmiş həyat yoldaşım məndən sonra 3-4 dəfə evləndi, bir qızı da oldu. Övladlarım onunla görüşmür. Yeri gələndə onu gətirib evimdə də saxlamışam. İndi isə heç bilmirəm haradadır. Maraqlanmıram”.

Mənbə: https://news.milli.az/showbiz/1310175.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button