Aktual xəbərlər
İranın cənub-şərqində polis əməkdaşı naməlum şəxslər tərəfindən güllələnib

İranda naməlum şəxslərin törətdiyi cinayətlərdən biri İranda cənub-şərqdə yerləşən İranşəhr şəhərində baş verib. “Qafqazinfo” xəbər verir ki, bu haqda İran teleqram kanalları məlumat yayıb.
Bildirilir ki, iğtişaşçılar polis məntəqələrinə basqın edir, təhlükəsizlik qüvvələrinə atəş açır. Lordeqanlı iğtişaşlar nəticəsində iki polis əməkdaşı həlak olub, daha 30 nəfər yaralanıb.
Qeyd edək ki, İranda iqtisadi böhran fonunda ötən həftə başlayan aksiyalar hazırda ölkənin 31 əyalətindən 27-də davam edir.
Mənbə: https://qafqazinfo.az/news/detail/iranda-namelum-sexsler-polisi-gulleleyib-video-494659







