Mövsümün ortasında heyətini gücləndirməyə davam edən “Fənərbaxça” klubu daha bir böyük transferə imza atıb.

“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın “Latsio” klubundan Matteo Qenduzinin transferini rəsmiləşdirib.

Fransalı yarımmüdafiəçinin yanvarın 8-i saat 13:30-da İstanbula çatacağı gözlənilir. “Sarı-lacivərdlilər”in əsas məqsədi 26 yaşlı futbolçunu “Qalatasaray”a qarşı keçiriləcək Türkiyə Super Kubok finalına çatdırmaqdır.

Qeyd edək ki, Matteo Qenduzi bu mövsüm “Latsio” forması ilə çıxdığı 16 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/fenerbaxca-onu-heyetine-qatdi-494658

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *