“Serj Sarkisyan Da Getmək Istəmirdi, Lakin Bunu Etməli Oldu” » DaylyAz
Aktual xəbərlər

“Serj Sarkisyan da getmək istəmirdi, lakin bunu etməli oldu”

“Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qaregin – red.) öz postunu tərk etməli olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə deyib.

“Deyirsiniz ki, Ktriç Nersisyan vəzifəsini tərk etmək niyyətində deyil. Biz elə etmək istəyirik ki, o öz niyyətindən daşınsın. Heç kimin getmək istəyi olmur. Serj Sarkisyanın (ölkənin keçmiş prezidenti – red.) da getmək niyyəti yox idi, lakin bunu etməli oldu. Ktriç Nersisyan da postunu tərk etməli olacaq” – Paşinyan bildirib. 

Onun sözlərinə görə, bu proses sarsıntısız həyata keçiriləcək.

Xatırladaq ki, 2025-ci ilin dekabrın 8-də N.Paşinyan II Qareginin devrilməsindən sonra tətbiq ediləcək “Erməni Apostol Kiləsinin yenilənməsinə dair” plan təqdim edib. Yeni plan yanvarın 4-də Paşinyan və 10 yepiskop tərəfindən imzalanıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/serj-sarkisyan-da-getmek-istemirdi-lakin-bunu-etmeli-oldu-494728

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button