Kriminal
“Xalqlar dostluğu”nun yaxınlığında naməlum meyit tapıldı – Fotolar

Bu gün səhər saatlarında “Xalqlar dostluğu” stansiyası yaxınlığında kişi meyiti tapılıb.
Qafqazinfo xəbər verir ki, əraziyə polis və təcili yardım briqadası cəlb olunub.
Əraziyə bağlı 55-60 yaşlarındakı kişinin şəxsiyyəti hələlik məlum deyil.
Hadisə ilə bağlı Bibi-Heybət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TBİTB) sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, bu gün saat 07:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonundan təcili çağırış daxil olub:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər Ölüm faktı qeydə alınıb.”.







