Həbs Olunanlar Arasında Ceyda Var - FOTO » DaylyAz
Şou Biznes Xəbərləri

Həbs olunanlar arasında Ceyda var – FOTO

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində aralarında "Ciciş bacıları" kimi tanınan model Ceyda Ersoyun da olduğu 19 nəfər həbs edilib.

Şübhəlilər "narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsi üçün saxlanılması", "narkotik maddələrin istifadəsinə yardım etmə", həmçinin "fahişəliyə təhrik etmə, bu prosesə vasitəçilik etmə və ya yer təmin etmə" maddələri üzrə istintaqa cəlb olunublar.

Saxlanılanlar arasında "Ciciş bacılar"ından Ceyda Ersoy da yer alıb.

Prokurorluq bu gün 26 nəfərlə bağlı icraatı yekunlaşdırıb. Onlardan 19 nəfər barəsində həbs, 3 nəfər barəsində isə yaşayış yerini tərk etməmək şərti ilə məhkəmə nəzarəti tədbiri seçilməsi üçün materiallar məhkəməyə göndərilib.

Daha əvvəl barələrində ölkədən çıxış qadağası tətbiq edilən Doğukan Güngör, Alya Şahinler, Ceren Yıldırım və Saniye Deniz prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıblar.

Həbs edilən şəxslər arasında Ceyda Ersoy, Bebek Otelinin sahibi Muzaffer Yıldırım, otelin baş direktoru Arif Altınbulak və sosial şəbəkələrdə tanınan Burak Altındağ da var. Digər 3 şübhəli isə ev dustaqlığına buraxılıb.

Mənbə: https://news.milli.az/showbiz/1310368.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button