Moskvadan İrəvana Uçan Təyyarədə Yanğın Olub - Video » DaylyAz
Aktual xəbərlər

Moskvadan İrəvana uçan təyyarədə yanğın olub – Video

Moskvadan İrəvana uçan təyyarənin göyərtəsində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “SHOT” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, “FlyOne Armenia”nın 3F324 reysi ilə uçan sərnişinə məxsus şəxsi əşyaları olan çanta enişdən az əvvəl yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, stüardessalar cəld reaksiya verib və yanğını söndürüblər.

Yanğın nəticəsində xəsarət alan olmayıb və təyyarə sağ-salamat İrəvana enib.

İlkin məlumatlara görə, çantadakı “Powerbank” alışıb. Hadisənin təfərrüatları araşdırılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/moskvadan-irevana-ucan-teyyarede-yangin-olub-video-494988

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button