Idman Xəbərləri 206
“Barselona” “Real Madrid”ə qarşı

“Qafqazinfo” xəbər verir ki, futbol üzrə İspaniya Superkubokunun final oyunu günorta saatda keçiriləcək.
Həlledici qarşılaşmada “Barselona” və “Real Madrid” komandaları üz-üzə gələcəklər. Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Siti” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Kataloniya təmsilçisinin heyətində Ronald Arauxo, Andreas Kristensen və Qavi zədə səbəbindən oyunu buraxacaqlar. Madrid klubunda isə Eder Militaonun oynamayacağı dəqiqdir. Trent Aleksander-Arnold və Antonio Rüdigerin oynaya-oynamayacağı isə hələ də məlum deyil.
Mənbə: https://qafqazinfo.az/news/detail/barselona-real-madride-qarsi-495002








