Aktual xəbərlər
Ukrayna ordusunda döyüşən azərbaycanlı həlak oldu – Foto

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev məlumat yayıb.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əsgəri Ruslan Vaqif oğlu Muradov döyüşdə həlak olub.
1987-ci il təvəllüdlü Ruslan sabah doğulub böyüdüyü Pyatixatsk rayonunun Jovte kəndində dəfn ediləcək.
Mənbə: https://qafqazinfo.az/news/detail/ukrayna-ordusunda-doyusen-azerbaycanli-helak-oldu-foto-495140







