Idman Xəbərləri 206
“Qarabağ” Özbəkistan “Neftçi”sinə 5 qol vurdu

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununda qələbə qazanıb.
“Qafqazinfo” xəbər verir ki, “Gloria Sports Arena”da Özbəkistanın “Neftçi” (Fərqanə) komandası ilə qarşılaşan “köhlən atlar” oyunu 5:0 hesablı qələbə ilə başa vurublar.
“Qarabağ”ın heyətində Marko Yankoviç (3, 29), Leandro Andrade (8), Joni Montiel (10) və Nəriman Axundzadə (71) fərqləniblər.
Mənbə: https://qafqazinfo.az/news/detail/qarabag-ozbekistan-neftcisine-5-qol-vurdu-495163







