“Öz aramızda” verilişinin qonağı olan Əməkdar artist Almaz Ələskarova sənətçilərin tamaşaçılara örnək olması mövzusunda fikirlərini bölüşüb.

Mühlif müğənni qeyd edib ki, sənət adamları etikadan kənara çıxaraq tamaşaçıları qıcıqlandırmamalıdır:

“Müğənnilərimiz etikadan kənar çıxıb insanları qıcıqlandırmasınlar. Tamaşaçı kimi baxdıqda yaxşı görünmür. Biz insanları sevindirməyə çalışma­yırıq, bizə qulaq asma­nı­nı istə­yirik. Ona görə də bizdən ibrət götürməlidirlər – danışığımızla, geyimimizdə və davranışımızla”.

A.Ələskarova vurğulayıb ki, efirdə göstərilən hər şey cəmiyyətə təsir edir və xüsusilə uşaqlar bunu normal qəbul edə bilər:

“Elə müğənnilər var ki, 55-60 yaşı var, amma qarın-ayaqlar açıq efirə, səhnəyə çıxırlar. Uşaqlar baxır və bu halı normallaşdırırlar. Məncə hər şey yerində, öz yaşına uyğun olmalıdır”.

Sənətçi bu cür davranışlardan uzaq olduğunun da bildirib:

“Mən belə şeylərə uzağam. Həmin ifaçılar özləri bilər, amma mən razı deyiləm. Evdən çıxanda güzgüyə baxsınlar, geyimlərinə diqqət etsinlər”.

Almaz Ələskarovanın bu açıqlamaları sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Mənbə: https://news.milli.az/showbiz/1310422.html

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *