Tanınmış Türk Aktyoru Yenidən Xəstəxanaya Yerləşdirilib » DaylyAz
Şou Biznes Xəbərləri

Tanınmış Türk aktyoru yenidən xəstəxanaya yerləşdirilib

Türk məşhur aktyor və aparıcı Ufuk Özkan qaraciyər çatışmazlığı və sirrozun irəliləməsi səbəbindən yenidən xəstəxanaya yerləşdirilib.

Özkanın "Geniş Aile" adlı serialdakı rolu ilə tanımlanan aktyorun səhhəti ilə bağlı ailəsi ictimaiyyəti məlumatlandırıb.

Açıqlamada qeyd olunub ki, son tibbi müayinələrdə Ufuk Özkanın MELD balı 22-yə yüksəlib və bu səbəbdən həkimlər qaraciyər nəqli qərarı verdilər. Hazırda uyğun donor axtarışı davam edir.

Özkanın qardaşı Umut Özkan sosial şəbəkədə paylaşım edərək, qardaşının bir neçə ildir qaraciyər çatışmazlığı və sirroz əsəbilə müalicə aldığını bildirdi. O, prosesin mütəxəssis səhiyyə qrupları tərəfindən diqqətlə izlənildiyini, Ufuk Özkanın isə əhval-ruhiyyəsinin yüksək olduğunu vurğulayıb.

Ailə, bəyanatda dəstək və dua mesajları göndərənlərə təşəkkür edərək, bu həssas dövrdə ailənin şəxsi həyatına hörmətlə yanaşılması xahiş etdi.

Mənbə: https://news.milli.az/showbiz/1311014.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button