Zaqatalada Avtomobil Aşdı - Ölən Və Yaralanan Var » DaylyAz
Kriminal

Zaqatalada avtomobil aşdı – Ölən və yaralanan var

Qafqazinfo xəbər verdi ki, Zaqatala rayonu ərazisində bu gün saat 13 radələrində yol-nəqliyyat hadisəsi baş verib.

“VAZ-21015” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/zaqatalada-avtomobil-asdi-olen-ve-yaralanan-var-495255

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button