“Bu Məsələdə Azərbaycanı Tam Qane Edən Formul Hazırlanıb” » DaylyAz
Aktual xəbərlər

“Bu məsələdə Azərbaycanı tam qane edən formul hazırlanıb”

“Tramp Marşrutu” layihəsinin reallaşdırılması məsələsində Ermənistanı və ABŞ-ni, ehtimal ki, Azərbaycanı tam qane edən formul işlənib hazırlanıb”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ və Avropa İttifaqı (Aİ) səfirlərinin iştirakı ilə keçirilən konfransda çıxışı zamanı bildirib.

Paşinyan rəsmi Bakının sənədə hələlik reaksiya vermədiyini, lakin təklif olunan formulun Azərbaycan tərəfinin maraqlarına tam cavab verdiyini deyib. Baş nazir həmçinin “Tramp Marşrutu”nun reallaşdırılmasının regionda uzunmüddətli sülhə yol açacağına əminliyini ifadə edib.

“Artıq bu gün region, xüsusilə dünyada baş verən hadisələrin fonunda daha təhlükəsiz bir mühiti təmsil edir”, – o qeyd edib.

Paşinyan layihənin ön plana çıxmasında ABŞ Prezidenti Donald Trampın şəxsən maraqlı olmasının həlledici rol oynadığını vurğulayıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/bu-meselede-azerbaycani-tam-qane-eden-formul-hazirlanib-495371

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button