Müğənni Nəfəs Ilk Dəfə şəxsi Həyatı Ilə Bağlı Səmimi Etiraflar Verir » DaylyAz
Şou Biznes Xəbərləri

Müğənni Nəfəs ilk dəfə şəxsi həyatı ilə bağlı səmimi etiraflar verir

Müğənni Nəfəs qatıldığı verilişlərdə şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.

Müğənni bildirdi ki, ailə həyatı 7 il davam edib:
“Ərimlə 7 illik bir hekayə yaşandı və bitdi. Mən ona 7 ilimi həsr etmişdim. Qədrimi bildi ki, ona mahnı da həsr edəm. Allah canını sağ eləsin, hər zaman övladlarının üzərində dursun.”

O, uşaqları ilə bağlı məsələyə də toxunub və onların atası ilə əlaqədə olduqlarını vurğulayıb:
“Ataları ilə görüşürlər. Atası övladlarının efirdə görünməsinə icazə vermir. Çünki bir dəfə efirə çıxırlar, danışığını bilməyənlər ağızlarına gələni yazırlar. Bu da atalarına xoş deyil. Mən sənətdə olduğum üçün deyilən sözlərin boş olmadığını bilirəm. Bəzən oğlanlarım deyir ki, dördümüz bir yerdə harasa gedək. Onlar həyatı hələ tam anlamırlar, həyatın bu üzünü görməyiblər”

Müğənni açıklamasında kişi-qadın münasibətlərinə də toxunaraq diqqət çəkən fikirlər səsləndirib:
“Kişilər məndən inciməsin, indiki zamanda bir kişiyə güvənmək asan deyil.”

Nəfəsin bu səmimi etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Mənbə: https://news.milli.az/showbiz/1311182.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button