Müəyyən Edilməsinin Nəticəsində Yayımı Dayandırılan Aparıcının Rəqsi GÜNDƏM OLDU - VİDEO » DaylyAz
Şou Biznes Xəbərləri

Müəyyən edilməsinin nəticəsində yayımı dayandırılan aparıcının rəqsi GÜNDƏM OLDU – VİDEO

Space TV-nin sosial verilişinin aparıcısı Amil Xəlil qeyri-adi rəqs performansı ilə gündəmə gəlib.

Sözügedən görüntülər istifadəçilər arasında müxtəlif rəylərə və müzakirələrə səbəb olub. Bəzi izləyicilər Amil Xəlilin sərbəst və fərqli rəqsini maraqla qarşılasa da, digərləri bu performansı tənqid edib.

Qısa zamanda gündəmə çevrilən video teleaparıcının sosial şəbəkələrdə daha geniş diqqət mərkəzinə düşməsinə səbəb olub.

Xatırladaq ki, keçən ilin 25 dekabr tarixində "Space TV" kanalında yayımlanan "Gəl, danış" proqramında aparıcının çıxışı müzakirə olunmuşdur. Şura üzvlərinin ümumi fikrinə əsasən yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunmuş və "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. "Space TV" kanalına bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq Audiovizual Şura bu dəfə "Space TV" televiziya kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək 3 saatlik dayandırılması haqqında qərar verib. Aparıcının sözügedən rəqsi qərardan əvvəl yayılıb.

Mənbə: https://news.milli.az/showbiz/1311287.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button