Hadisənin Son Konserti Səhnə Geyimləri Məsələni Qaldırdı - VİDEO » DaylyAz
Şou Biznes Xəbərləri

Hadisənin son konserti səhnə geyimləri məsələni qaldırdı – VİDEO

Türkiyəli pop ulduz Hadisənin son konsertindən yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Konsert zamanı nümayiş etdirdiyi səhnə performansı ilə yanaşı, seçdiyi geyim tərzi də birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi Hadisənin obrazını səhnəyə uyğun və iddialı hesab edərək onu tərifləyib. Digərləri isə geyimin həddən artıq açıq və diqqətçəkən olduğunu bildirərək tənqidlər səsləndiriblər.

Yayılan görüntülərdə Hadisənin enerjili rəqsləri, tamaşaçılarla ünsiyyəti də diqqət çəkib.

Qeyd edək ki, Hadisə daha əvvəl də səhnə geyimləri və səhnə performansları ilə tez-tez gündəmə gəlib. Bu dəfə də pop ulduzun konserti sosial mediada ən çox danışılan mövzulardan birinə çevrilib.

Mənbə: https://news.milli.az/showbiz/1311351.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button