İlkin Fikrətoğlu “Zərəb” mükafatına layiq görülüb – Fotoşəkillər

“Zərəb” Beynəlxalq İdman Mükafatının 2025-ci il üçün qalibi açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, “Fairmont” hoteldə keçirilən təqdimat mərasimində 2025-ci ildə idman sahəsində fərqlənmiş, yüksək nailiyyətlər qazanmış şəxslər mükafatlandırılıb.
ATV telekanalının və “Sportinfo” saytının redaktoru İlkin Fikrətoğlu “İlin ən yaxşı idman jurnalisti” olaraq “Zərəb” mükafatına layiq görülmüb.
Güləş üzrə dünya çempionu Ülvi Qənizadə “İlin idmançısı” seçilib. Ötən il Everesti fəth etmiş Vəfa Musayeva “İlin qadın idmançısı”, boks üzrə dünya və Avropa çempionu Subhan Mamedov isə “İlin əzmkar idmançısı” nominasiyasında qalib olub.
Təcrübəli boks mütəxəssisi Vaqif Kazımov “İlin məşqçisi”, Mövlud Mirəliyev “İlin veteran idmançısı”, Elçin Məsiyev “İlin hakimi” adını qazanıb.
Minifutbol Federasiyası “İlin federasiyası”, “Neftçi” “İlin idman klubu”, Fərid Ramazanov “İlin idman aparıcısı” seçilib.
İdman TV-də efirə gedən “Sportcast” “İlin idman verilişi” olaraq, “Qarabağ” futbol klubundan Emrah Çelikel isə “Azərbaycan futbolunun inkişafındakı xidmətlərinə görə” “Zərəb” Beynəlxalq İdman Mükafatına layiq görülüb.
Qeyd edək ki, mükafat “Sportsman” jurnalı tərəfindən 2007-ci ildə təsis edilib, 2009-cu ildən isə ənənəvi olaraq her yanvarda öz qaliblərinə təqdim olunur.
[ Fotoşəkillər ]
Mənbə: https://qafqazinfo.az/news/detail/ilkin-fikretoglu-zefer-mukafatina-layiq-goruldu-fotolar-495476







