Samir Abbasov işləmədən “Nəftçi”dən maaş alacaq

Misli Premyer Liqasının 12-ci turunda “İmişli”yə məğlubiyyətdən (2:3) sonra “Nəftçi”dən istefaya göndərilən Samir Abbasovla klub rəhbərliyi arasındakı narazılıq aradan qaldırılıb.
“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, tərəflər müqavilənin qarşılıqlı razılıqla xitamı məsələsində anlaşılmazlığa son qoyublar.
Məsələ burasındadır ki, “ağ-qaralar” 47 yaşlı çalışdırıcının maaşını ödəməkdə davam edəcək. Belə ki, Abbasov hazırda işsiz olsa da, “Nəftçi” ilə pozulan müqaviləsinin sonuna qədər hər ay məvacibini alacaq. Yəni bakılılar mövsümün sonuna qədər həm hazırkı baş məşqçi Yuri Vernidub, həm də sabiq çalıçdırıcı Abbasovu ödəniş edəcək.
Samir Abbasov “Nəftçi”yə 2024-cü ilin oktyabrında təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında ötən mövsüm Premyer Liqada 6-cı yeri tutub.
Mənbə: https://qafqazinfo.az/news/detail/samir-abasov-islemeden-neftciden-maas-alacaq-495482







