Milyonluq Dəyərə Malı Oğurlayan çobanlardan Nəyi Soruşur » DaylyAz
Kriminal

Milyonluq dəyərə malı oğurlayan çobanlardan nəyi soruşur

Xəbər verdiyimiz kimi, Azərbaycanda çobanlar fərmanın yarım milyon manatdan çox dəyəri olan heyvanlarını sahibkarlardan xəbərsiz satıblar. Oğurluq hadisəsi Sumqayıt və Salyanda yerləşən 2 fərmanda baş verib.

“Qafqazinfo”nun məlumataına görə, fərmanın sahiblərindən Firdovsi Baxışov hadisənin detalları barədə “Xəzərxəbər”ə danışıb.

F. Baxışov deyib ki, 2 il əvvəl Kəmaləddin Hüseynov və Ceyhun Əskərov çobanlıq etdikləri fərmanda yarım milyon manatdan çox dəyəri olan xırda və iribuynuzlu heyvanları oğurlayıblar.

Çobanlar işçiləri aldadaraq, heyvanları guya sahibkarda tapşırığı ilə apardıqlarını deyiblər: “Fevral ayı idi, işə gəldim, gördüm ki, qapı açıqdır. Mən hər gün qapını bağlayıb gedirəm. Qapının niyə açıq olması ilə maraqlananda isə öyrəndim ki, Kəmaləddin gecə heyvanları aparıb. Dedilər ki, Adildən icazə alıb. Zəng etdim Adil müəllimə, o da dedi ki, bu məsələdən xəbəri yoxdur. Baxdıq ki, buradan 8 baş heyvan aparıb. Zəng etdik Kəmaləddinə zəng çatmadı”.

Bundan sonra hadisədən şübhələnən sahibkardə Salyandakı daha çox sürünün olduğu fərmana gediblər. Məlum olub ki, burada olan bütün heyvanlar da oğurlanıb. Çobanlar əməllərinin izini itirmək üçün isə fərmandakı kameraları sıradan çıxarıblar:

“Kəmaləddini axtardıq, bizə cavab vermədi. Axşam saatlarında bizim zənglərə cavab verdi və dedi ki, pulum yoxdur. “Pulu nə etmisən?” deyə soruşanda da cavab vermədi və telefonu söndürdü. Heyvanlara nəzarəti Ceyhuna həvalə etmişdik. Ceyhun özünü elə aparırdı ki, guya heç nədən xəbəri yoxdur. Amma sonradan istintaqla məlum oldu ki, heyvanlar elə Ceyhunun əli ilə aparılıb. Onun bir neçə qohumu da burada çalışırdı və biz onlara əməkhaqqı ödəyirdik. Qardaşı Möhəbbət söz vermişdi ki, heyvanlar qayıdacaq. Amma biz yenə də Salyanda polisə müraciət etdik”.

Çobanlar fərmanda və fərdi həyətlərdə tikilmiş tövllərdə saxlanılan ümumilikdə 1377 baş heyvanı sataraq 586 min manatdan çox pulu mənimsəyiblər. Satdıqlarından sadəcə 4 at saxlanıldıqları yerdən tapılaraq geri qaytarılıb.

Sahibkar deyib ki, bu heyvanları bazarda satsalar, milyondan yuxarı qazanc əldə edərdilər. Hazırda onların istəyi dəyən ziyanın ödənilməsidir.

Şikayət əsasında Kəmaləddin və Ceyhun xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləri sübuta yetirilərsə, çobanları 14 ilədək həbs cəzası gözləyir.

Hazırda Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/cobanlar-yarim-milyonluq-heyvanlari-nece-ogurlayib-sahibkar-detallari-aciqladi-video-495479

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button