Müəyyən Olunmuş Silah-sursatların Sayı Açıqlandı » DaylyAz
Kriminal

Müəyyən olunmuş silah-sursatların sayı açıqlandı

Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirirlər.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 14-ü polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 3 pulemyot, 1 tapança, 2 qumbara aşkar ediblər.

Bundan başqa, 3 qumbaraatan, 2 alışdırıcı, 25 tüfəng, 5 patron darağı və 291 ədəd müxtəlif çaplı patron da aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Tədbirlər davam etdirilir.

Mənbə: https://qafqazinfo.az/news/detail/polisin-dunen-askarladigi-silah-sursat-sayi-aciqlandi-495496

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button