Yanvarın 15-də Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirilib.

Nazirlər Kabinetindən “Qafqazinfo”ya bildirilib ki, bu baxışın məqsədi müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsi olub.

Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Mənbə: https://qafqazinfo.az/news/detail/azerbaycan-ve-ermenistan-numayendeleri-sederek-yerasx-demir-yolu-sahesine-birge-baxis-kecirib-495537

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *