“Ermənilərin Bizə Qaytarılması Və Iki Suriyalının Təhvil Verilməsi Bir-biri Ilə əlaqəli Deyil” » DaylyAz
Aktual xəbərlər

“Ermənilərin bizə qaytarılması və iki suriyalının təhvil verilməsi bir-biri ilə əlaqəli deyil”

“Azərbaycanın 4 erməniəsilli şəxsi Ermənistana təhvil verməsi və Ermənistanda ömürlük həbs cəzasına məhkum edilmiş 2 muzdlunun Suriyaya təhvil verilməsi bir-biri ilə əlaqəli deyil”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan bəyan edib.

“Bu iki hadisənin bir-birinə aidiyyəti yoxdur. Biz, həmçinin Suriya ilə münasibətlərin inkişafı istiqamətində çalışırıq. O cümlədən ümid edirik ki, bu dostcasına qərar Suriyaya münasibətdə həmin ölkədəki erməni icması üçün əlverişli şərait yaradacaq”, – Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycan humanizm prinsiplərini rəhbər daha 4 erməniəsilli şəxsi – Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekçyanı Ermənistana təhvil verib.

Mənbə: https://qafqazinfo.az/news/detail/ermenilerin-bize-qaytarilmasi-ve-iki-suriyalinin-tehvil-verilmesi-bir-biri-ile-elaqeli-deyil-495534

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button