İmişlinin avtomobil yollarında yenidənqurma işləri yekunlaşdı – Fotolar

İmişli şəhəri ərazisində daha bir neçə avtomobil yolunun tikintisi başa çatdırılıb.
“Qafqazinfo” xəbər verir ki, Həzi Aslanov, Lətif Vəliyev, Rövşən Əbilov, Fəxri Şahbazov və Rafiq Əliyev küçələrində aparılan əsaslı təmir işləri çərçivəsində yol infrastrukturu tam yenilənib, uzun müddət əsaslı təmir olunmayan avtomobil yolları müasir standartlara uyğun şəkildə bərpa edilib.
Yenidənqurma işləri zamanı ilkin olaraq torpaq və çınqıl örtüklü yeni yol yatağı formalaşdırılıb, növbəti mərhələdə həmin yol üzrə müasir standartlara cavab verən asfalt örtüyü döşənib. Bütün işlər müəyyən edilmiş qrafikə uyğun, texnoloji ardıcıllıq gözlənilməklə və yüksək keyfiyyətlə icra olunub. Beləliklə, avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırıb və avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq təmin edilib.
Qeyd edək ki, cari ildə İmişli şəhəri ərazisində ümumilikdə 4.5 km avtomobil yoluna 24000 kv.metrə yaxın asfalt örütüyü qoyulub.
















