Niyaməddin Musayev Gecə Klublarında Müğənnilik edir və Pul Qazanır

Müğənni Cəmilə “Öz aramızda” verilişində verdiyi açıqlamalarla diqqət çəkib.
Onun sözlərinə görə, müğənni üçün qazanc imkanları əsasən gecə məkanlarında olur:
"Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır. Ümumiyyətlə, hər yerdə çıxış edir. Gecə saat 12-dən sonra məkanlara gedib oxuyur. Biz müğənnik, pul qazanmalıyıq. Restoranda da oxuyuruq, klubda da, pubda da, restopubda da, gecə klubunda da".
Cəmilə əlavə edib ki, gecə klublarında daha bahalı kabinetlər və yüksək tələbat var:
"Ən bahalı, ən çox tələb olunan yerlərdir. Niyə mən də oralarda oxumamalıyam? Oturub gözləyim ki, ayda kimsə məni 2-3 toya çağırsın? Bununla dolanmaq olar? Klublar səhər 6-ya qədər dolu olur, insanlar saatlarla musiqiyə qulaq asırlar".
Müğənninin bu fikirləri sosial mediada və tamaşaçılar arasında geniş müzakirələrə yol açib.
Mənbə: https://news.milli.az/showbiz/1311548.html







