Müttəhimə son söz verməyən hökm yollanan hakimdən şikayət

Azərbaycan Respublikasında qanunlara uyğun olaraq həksolunmaz hüquq olan son söz deməyə imkan verilmədən 6 il 6 ay həbsə məhkum edilən qadının hökmü ləğv edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qərar Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilib.
Bir neçə nəfərə yalan vəd verməklə külli miqdarda dələduzluqda ittiham olunan Gülpər Bəşirzadənin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılıb.
Məhkəmə istintaqı bitdikdən sonra ittiham və müdafiə tərəfi çıxış etdilər, lakin təqsirləndirilən şəxs son sözə hazır olmaması səbəbi ilə vaxt istədi. Lakin hakim bu qərarı müttəhimin prosesi uzatması və son söz deməkdən imtinası kimi qəbul edərək müşavirəyə yollayıb, beləliklə, elan edilen hökm təqsirləndirilmiş qadını 6 il 6 ay azadlıqdan məhrum edib.
Təqsirləndirilən şəxsin vəkilinin bu hökmə qarşı apellyasiya məhkəməsi əsaslı hesab etdi. Hakim Ruhiyyə Əsgərova qanunvericiliyə uyğun olaraq qərar çıxarıb.
Həkim Ruhiyyə Əsgərova qanunvericiliyə uyğun gələn qənaətə gəlib ki, təqsirləndirilən şəxs üçün son söz hüququ pozulub ki, bu da qanun pozuntusudur.
Nəticədə qərarda qeyd olunub ki, təqsirləndirilən şəxsə məhkəmə tərkibi tərəfindən son söz demək hüququ təmin edilməyib, beləliklə, qanunvericiliyin tələbləri pozulub.
Son sözün verilməməsi səbəbilə hökm tamamilə ləğv edilib və iş yenidən baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökmü ləğv etdikdən sonra, xanım müttəhim barəsində yenidən həbs qətimkan tədbiri seçilib.
Mənbə: https://qafqazinfo.az/news/detail/bir-hakim-muttehime-son-soz-vermedi-digeri-hokmu-legv-etdi-495644







