Şou Biznes Xəbərləri
Seçim qarşısında qalsaydım, ailəmdən ayrılmazdım

Xalq artisti Gülyanaq Məmmədova şəxsi həyatından danışıb.
Məmmədova: “Ailəm üçün sənəti atardım. Hər uğurumu, şəraitimi sənətlə tapmışam. Bu günə qədər xalqın sevgisini qazandım. Amma bu gün ailə qurmaq çətindir. Övladların sevgisi var, yarı qoymaq olmaz. Ailənin bir çox şeyini qoyub, sənət dalıyca qaçmışıq. Amma qazandığımız maddiyatla ailə saxlamışam. Həyat yoldaşım məni səhnədə görüb sevib. İndən belə seçim qarşısında qalsaydım, əlbəttə ailəmdən ayrılmazdım. Yoldaşımı qorumaq üçün bir silahdan keçmişəm. Ölümün gözünə baxa-baxa çətin anları yaşadım. Şükür, indi həkimlərin sayəsində hər şey yaxşıdır. Sənətin gücü, maddi vəsait olmasaydı, bacarmazdım”.
Mənbə: https://news.milli.az/showbiz/1311700.html







