Kriminal
25 yaşlı qız xəstəxanaya aparılarkən vəfat edib

Bakıda gənc qız qəfil ölmüşdür.
“Qafqazinfo” xəbər verir ki, yanvarın 16-sı saat 22 radələrində Qala qəsəbə sakini 2001-ci il təvəllüdlü Əminə İsmayılovanın səhhəti yaşadığı evdə pisləşib.
O, xəstəxanaya aparılarkən yolda vəfat edib.
Ölümün dəqiq səbəbi hələlik bilinmir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/25-yasli-qiz-xestexanaya-aparilarken-oldu-495747







