Kriminal
Göygöldə toyda bıçaqlanan 30 yaşlı adamın vəziyəti qorxunc tərzə çəkildi

Göygöldə toy zamanı bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən “Fərid” şadlıq sarayında qeydə alınıb.
Belə ki, məclis zamanı Mollacəllili kənd sakini, 1996-cı il təvəllüdlü Rövşən Ələkbərov bədəninin iki nahiyəsindən bıçaq zərbəsi alıb.
İlkin məlumata görə, hadisəni törətməkdə zərərçəkmişin həmkəndlisi və dostu Nurlan Nəsibov şübhəli bilinir. Bildirilir ki, tərəflər toyda spirtli içki qəbul ediblər və mübahisə məhz sərxoşluq zəminində baş verib.
Ağır xəsarət alan R. Ələkbərov xəstəxanaya çatdırıb və ona əməliyyat olub.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/goygolde-30-yasli-kisi-toyda-bicaqlandi-495781







