Xüsusi Icra Məmurlarının Fəaliyyətini Yoxlaya Biləcək Qaydalar Təsdiqləndi » DaylyAz
Politika

Xüsusi icra məmurlarının fəaliyyətini yoxlaya biləcək qaydalar təsdiqləndi

Ədliyyə Nazirliyi tərəfindən xüsusi icra məmurlarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydaları təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Nəzarətin həyata keçirilməsi ilə bağlı bu qayda ilə müəyyən edilən müvafiq tələblər xüsusi icra məmurunu müvəqqəti əvəz edən xüsusi icra məmuruna da şamil olunacaq.

Xüsusi icra məmurlarının fəaliyyətinə nazirlik tərəfindən nəzarət plan üzrə və plandankənar yoxlamalar aparmaqla həyata keçiriləcək.

Xüsusi İcra Məmurlarının Palatasının üzvü xüsusi icra məmurunun fəaliyyətinin yoxlanılmasına cəlb oluna bilər.

Yoxlamalar yerlərə getməklə və ya getmədən (xüsusi icra məmurunun hesabatları və digər məlumatları əsasında) aparılacaq. Plan üzrə (növbəti) yoxlama iki ildə bir dəfədən çox olmayaraq dövriliklə aparılacaq.

Xüsusi icra məmurlarının ilk dəfə fəaliyyətə başlamasından 6 ay keçmədən plan üzrə yoxlanılma aparıla bilməz.

Plan üzrə yoxlamanın başlanmasına azı 10 iş günü qalmış xüsusi icra məmuruna onun yeri və tarixi barədə yazılı bildiriş göndərilir.

Mənbə: https://qafqazinfo.az/news/detail/onlar-da-icra-memurunun-fealiyyetini-yoxlaya-biler-qaydalar-tesdiqlendi-495850

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button