Idman Xəbərləri 206
“Qarabağ” və “Ayntraxt” oyununa hakim təyin olundu

UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” və “Ayntraxt” oyunu üçün hakim təyinatlar açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Sandro Şerer olacaq.
Stefan De Almeyda və Conas Erni baş hakiminin köməkçiləri olacaqlar. Yohannes von Mandaç dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Fedayi San və Lukas Fandrix olacaqlar.
Xatırladaq ki, “Qarabağ” və “Ayntraxt” qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəkdir.
Mənbə: https://qafqazinfo.az/news/detail/qarabag-ayntraxt-oyununun-hakimi-o-olacaq-495895








