Politika
“Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi”

Litva Prezidenti Gitanas Nauseda Azərbaycanın 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin xatirəsini yad edib.
“Qafqazinfo” xəbər verir ki, Gitanas Nauseda öz “X” hesabında bununla bağlı paylaşım edib.
“Litva 1990-cı ilin yanvar ayında sovet təcavüzü zamanı şəhid olan günahsız insanların müqəddəs xatirəsini ehtiramla yad etdiyi bu gündə Azərbaycanla həmrəydir.
Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi.
Ruhları şad olsun”, – deyə prezident bildirib.
Mənbə: https://qafqazinfo.az/news/detail/sovet-tecavuzu-azerbaycan-xalqinin-iradesini-qira-bilmedi-496015







