Idman Xəbərləri 206
Qarabağ Çempionlar Liqasında sonuncu ev oyununa çıxır

“Qarabağ” Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”ı qəbul edəcək.
Almaniya təmsilçisi ilə görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu, “Qarabağ”ın Çempionlar Liqada son ev oyunudur. Ağdam təmsilçisi hazırda 7 xalla 25-ci pillədədir.
Çempionlar Liqası Liqa mərhələsi – 7-ci tur,
21 yanvar “Qarabağ” – “Ayntraxt”
Həkimlər: Sandro Şecer (İsveçrə). Tofiq Bəhramov adına Respublika stadionu.
Mənbə: https://qafqazinfo.az/news/detail/qarabag-cl-de-sonuncu-ev-oyununa-cixir-496100








