Idman Xəbərləri 206
“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”la oyunu üçün hələlik 26 min 500 ədəd bilet satışa çıxarılmışdır.
Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb. “Qarabağ” biletin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlarda 1000 AZN təşkil edir.
“Qarabağ” – “Ayntraxt” oyunu bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də keçiriləcək.
Mənbə: “Qafqazinfo”.
Mənbə: https://qafqazinfo.az/news/detail/qarabagin-oyununa-ne-qeder-bilet-satilib-496144







