Nərimanovda obyekt yanır – Fotoşəkiller

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yanğın baş verdi. Fövqəladə Hallar Nazirliyi (FHN) bu barədə məlumat yayıb.
Bildirilib ki, nazirliyin 112 qaynar telefon xəttinə obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olundu.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yanğınla bağlı məlumat yayıb. Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov prospektinin yaxınlığındakı obyektlərin birində baş verən yanğın səbəbindən metronun 20 Yanvar və Koroğlu stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.
NİİM-nin məlumatına əsasən, polis əməkdaşları dərhal əraziyə cəlb olundular.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.


Mənbə: https://qafqazinfo.az/news/detail/nerimanovda-obyekt-yanir-fotolar-yenilenir-496145







