Müğənni Günel Ələkbərova "Öz aramızda" verilişinin qonağı olub və ünvanına səslənən tənqidlərə sərt münasibət bildirib.

Günel Ələkbərova yaxın zamanda qatıldığı hımkarının ad günü məclisini misal çəkərək bildirib:

"Bu yaxınlarda müğənni dostumuzun ad günündə iştirak etdim. Orada 5-6 normal geyinən insandan biri mən idim. Amma yenə də mənim geyimimi tənqid etdilər. Xalq artistləri var ki, səhnəyə alt paltarsız çıxırlar, onlara alqış tutursunuz".

Müğənni əlavə edib ki, açıq-saçıq geyim tərzinə üstünlük vermir və balansı qorumağa çalışır:
"Mən bir tərəfimi açıramsa, digər tərəfimi mütləq qapadıram. Açıq geyinsəm də, əlçatmazam. Qapalı geyinənlər var ki, nələr edirlər".

O, həmçinin zahiri görünüşü ilə bağlı şəxsi bir detalı da açıqlayıb:

"8 saatlıq sinə əməliyyatı etdirmişəm ki, gizlədim".

Günel Ələkbərovanın bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi sənətçini dəstəklədiklərini bildiriblər, digərləri isə ifaçını sərt tənqid ediblər.

Mənbə: https://news.milli.az/showbiz/1312443.html

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *