Politika
Prezident həmin sənədi imzaladı – Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimində iştirak edir.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları sözügedən sənədi imzalayıblar.
Bununla da Azərbaycan təsisçi üzv dövlət qismində Sülh Şurasına qoşulub. Ölkəmiz Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq.
Mənbə: https://qafqazinfo.az/news/detail/prezident-hemin-senedi-imzaladi-foto-496324







