Kriminal
52 yaşlı kişinin meyiti tövlədə tapıldı

Lənkəranda kişi meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Osakücə kəndində qeydə alınıb.
1974-cü il təvəllüdlü Ülvi Abdulla oğlu Bayramovun meyiti yaşadığı evin həyətindəki tövlədə tapılıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Ü.Bayramov Birinci Qarabağ müharibəsi iştirakçısı olub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/52-yasli-kisinin-meyiti-tovlede-tapildi-496335







