2025-ci ildə qeyri-leqal dövriyyədən 5 ton 675 kiloqram narkotik vasitə çıxarılıb

“Qafqazinfo” xəbər verir ki, 2025-ci ildə Daxili İşlər Nazirliyində (DİN) cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin olunmasına dair keçirilən Kollegiya iclasında məlumat verilib ki, 2025-ci ildə qeyri-leqal dövriyyədən 2024-cü ildən 961 kiloqram çox olan 5 ton 675 kiloqram narkotik vasitə çıxarılıb.
Qeyd olunub ki, 272 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, narkotik vasitəsin onlayn satışla bağlı 2 ton 724 kiloqram narkotik vasitə aşkarlanıb. Qanunsuz kultivasiya edilən və yabanı halda bitən çətənə və xaş-xaşın 294 tondan artıq çəngələri yığılaraq məhv edilib. Narkotiklərlə əlaqəli cinayətlər üzrə 88 cinayətkar qrup zərərsizləşdirilib.
Bununla yanaşı, internet resurslarının real vaxt rejimində monitorinqi davam etdirilib. Nəticədə, narkotik vasitələrin onlayn satışı ilə məşğul olan 769, pornoqrafik materiallar yayan 272, kompüter virusları yayan 189, qanunsuz idman mərc oyunları təşkil edən 1.131 olmaqla ümumilikdə 3.315 sayt və sosial şəbəkə hesabı aşkarlanaraq bloklanıb.
DİN-nin Kollegiyasının vurğulamasına görə, bu istiqamətdə qətiyyətli tədbirlər 2026-cı ildə də fasiləsiz davam etdiriləcək.
Mənbə: https://qafqazinfo.az/news/detail/oten-il-6-tona-yaxin-narkotik-vasite-musadire-edilib-496455







