Ucar rayonunda yol- nəqliyyat hadisəsi baş verib

Date:

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Müsüslü kənd yolunda qeydə alınıb.

Belə ki, “VAZ 2106” və “Nissan” markalı avtomobillər toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ucar Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 11:10 radələrində Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2 kişi, 1 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub:

“Onlara qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travması, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.”

Vəziyyəti ağır qiymətləndirilən 1964-cü il təvəllüdlü qadın pasiyentin müalicəsi Reaninasiya şöbəsində davam etdirilir.

1984-cü il və 1996-cı il təvəllüdlü şəxslərin (hər ikisi kişi) vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.”

Mənbə: https://qafqazinfo.az/news/detail/ucarda-qeza-3-nefer-xesaret-aldifotolar-493997

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

Əks-sözlərinə müsahibə: “Qurban müəllimə bu mövzuda zarafat edirəm”

“Hər zaman bu mövzuda Qurban müəllimə zarafat edirəm”. “Qafqazinfo” xəbər...

Səfirdən azərbaycanca maraqlı təbrik – Video

İsrailin ölkəmizdəki səfiri Ronen Kraus Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü...

Türkiyə ilə bu sahədə əlavə protokol təsdiqləndi

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə...

Bu il Azərbaycanın siyasi həyatında nələrlə yadda qaldı? – Video

Cari il Azərbaycan üçün mühüm siyasi hadisələrlə yadda qaldı. “Qafqazinfo”...