“Fatih” serialdan çıxarılan Doğukan Güngör

Reytinq rekordları qıran “Kızılcık Şerbeti” serialında məşhur aktyor Doğukan Güngörün heyətdən kənarlaşdırıldığı elan edilib. Aktyorun adı məşhurlara qarşı aparılan genişmiqyaslı narkotik istintaqında keçirdi və analiz nəticələri müsbət çıxıb. Qərarı öyrənən Güngör sosial media hesabından emosional bir açıqlama yayaraq vəziyyəti təsdiqləyib və bu addımı “rəhmsiz” adlandırıb.
Doğukan Güngör serialdan qovulduğunu sosial mediada təsdiqləyərək bu qərara etiraz edib:
“4 sezondur böyük həvəslə çalışdığım serialdan çıxarıldığımı indicə öyrəndim. Bu həyatda hər kəs səhv edə bilər. Mən də bir səhv etdiyimi dürüstlüklə qəbul etmiş və təmiz bir həyat üçün ilk addımlarımı atmışımdım. Ancaq bu axşam aldığım xəbərlə qurumların qərar verərkən nə qədər rəhmsiz ola bildiyinə şahid oldum. Hər kəsin ikinci şans qazanacağına inanmayan bu insanları vicdanları ilə baş-başa buraxır və Allaha həvalə edirəm. Mən dimdik ayaqdayam. Özümə verdiyim təmiz həyat sözünü tutaraq, çox yaxında daha gözəl işlərdə sevənlərimlə görüşəcəyəm.”
Mənbə: https://news.milli.az/showbiz/1312907.html







