Kriminal
İran tərəfindən Azərbaycana narkotik vasitənin dron vasitəsilə keçirməsi qarşısı alınıb

Yanvarın 18-də Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran tərəfindən Azərbaycana narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə keçirilməsi qarşısı alınıb.
Dövlət Sərhəd Xidməti (DSX) bu barədə məlumat yayıb. Bildirilib ki, DSX-ın və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan pilotsuz uçuş aparatı vaxtında aşkarlanaraq zərərsizləşdirilib.
Hadisə yerinə baxış zamanı ümumi çəkisi 6 kiloqram 600 qram narkotik vasitə – marixuana götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.







