Gorusdakı Partlayışda Merin Sürücüsü Və Qohumu Həlak Oldu » DaylyAz
Aktual xəbərlər

Gorusdakı partlayışda merin sürücüsü və qohumu həlak oldu

Ermənistanın Gorus şəhərində baş verən qumbara partlayışı iki nəfərin ölümü ilə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bildirilib ki, Ermənistan Daxili İşlər Nazirliyi hadisənin məişət münaqişəsi zəminində baş verdiyini təsdiqləyib.

İlkin məlumatlara görə, partlayış nəticəsində Gorus şəhərinin meri Aruş Aruşanyanın sürücüsü və merin uzaq qohumu həlak olub.

Qeyd edək ki, hadisə zamanı daha bir gəncin də ağır qəlpə yaraları aldığı vurğulanıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/gorusdaki-partlayisda-merin-surucusu-ve-qohumu-helak-oldu-496628

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button