"Gündə 3 Min Manat QAZANDIRAM" » DaylyAz
Şou Biznes Xəbərləri

“Gündə 3 min manat QAZANDIRAM”

“Elit ulduz” ləqəbi ilə tanınan müğənni Cəmilə maraqlı və müzakirələrə səbəb olan açıqlaması ilə gündəmə gəlib.

Cəmilənin deyərdiyi kimi, toylara az dəvət aldığını, lakin toylara gedən digər müğənnilərdən daha çox qazandığını bildirmiş. Müğənni əlavə etdi ki, əsas gəliri kabinet, klublarda çıxışlarından əldə edir:

“Mən ‘kabinet’ deyilən məkanlarda oxuyuram. Hara çağırırlar, gedib ifa edirəm. Toy dəvəti gözləyə bilmərəm. Ayda 25-30 min manat qazanıram. Gündəlik qazancım 2-3 min manat olur”

Müğənni ad günlərini də Azərbaycanda keçirmədiyini açıqlayıb. Onun sözlərinə görə, xüsusi günlərini xarici ölkələrdə qeyd etməyi üstün tutur:

“Ad günlərimi xarici ölkələrdə keçirirəm. Burada keçirib xərc çəkməkdənsə, başqa ölkə görürəm. Gələn il ad günümü İspaniyada, o biri il isə Stokholmda keçirməyi planlaşdırıram.. Kabinetdə oxumağıma kimsə nəsə deyə bilməz, o yaşım deyil. Pulumu qazanıram. Gənclər mahnılarımı sevir, əzbərdən oxuyurlar. Heç kimin ad gününə getməmişəm, bundan sonra da getməyəcəyəm. Öz ad günümü də burada keçirməyəcəyəm”

Müğənninin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəziləri onun açıq danışmasını təqdir etsə də, bəziləri səsləndirdiyi fikirləri tənqid edib.

Mənbə: https://news.milli.az/showbiz/1313155.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button